Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan məktəb binasını atəşə tutub

10:28 - 14 Oktyabr 2020 tarixində dərc olunub.

Tərtər rayonunun Düyərli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Trend-in məlumatına görə, ermənilər rayonun Düyərli kənd orta məktəbini ağır artilleriya atəşinə məruz qoyub.

Hadisə nəticəsində orta məktəbin binasına düşən bir neçə mərmi binanın dağılmasına səbəb olub.

 

Müəllif: