Ucnoqta.az
www.ucnoqta.az

Düşmən təcavüzü nəticəsində 37 məktəb dağılıb, 3 məktəbli həlak olub- <font color=red><b>Təhsil Nazirliyi</b></font>

12:03 - 13 Oktyabr 2020 tarixində dərc olunub.

Təhsil Nazirliyi düşmən təcavüzü nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, dağıntılara məruz qalan məktəblərin siyahısı aşağıdakı kimidir:

Tərtər – 12 məktəb
Ağdam – 11 məktəb
Gəncə - 5 məktəb
Füzuli – 4 məktəb
Goranboy – 3 məktəb
Bərdə - 1 məktəb
Ağcabədi – 1 məktəb

Qeyd edək ki, düşmən təcavüzü nəticəsində 3 məktəbli həlak olub. Həlak olan məktəblilər Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərovdur. 

Müəllif: