Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki gün gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

13:26 - 9 Oktyabr 2020 tarixində dərc olunub.

Son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabrın 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə,  prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Ucnoqta.az-a Bakı Şəhət İcra Hakimiyyətindən bildirilib.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Müəllif: