Ucnoqta.az
www.ucnoqta.az

"BTC yaxınlığına 300-dən çox kaset bombası atılıb"- <font color=red><b>Hikmət Hacıyev- FOTO</b></font>

23:51 - 6 Oktyabr 2020 tarixində dərc olunub.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Bakı-Tbilisi-Ceyhanı raket atəşinə tutması ilə bağlı fotoları yayımlayıb.

Bununla bağlı H.Hacıyev “Twitter” hesabında paylaşım edib.

“Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərini kaset bombaları ilə atəşə tutub. Yevlax rayonunda raket boru kəmərinin 10 metrliyinə düşüb. Ümumilikdə BTC yaxınlığına 300-dən çox kaset bombası atılıb. Kəmərə ziyan dəyməyib. Hadisə yerində ANAMA əməkdaşları işləyir. Çarəsiz qalan Ermənistan enerji infrastrukturlarına hücum edir”.

Armenia fired cluster rocket to Baku-Tbilisi-Jeyhan pipeline. In vicinity of Yevlakh reg.rocket landed 10 meters away from BTC pipeline.300+ Cluster bomblets eject around. No damage to pipeline. ANAMA is in operation. Desperate attempts of Armenia to attack energy infrastructure pic.twitter.com/E7vgDsEQws

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 6, 2020
Müəllif: