Ucnoqta.az
www.ucnoqta.az

Hövsana suyun verilməsi dayandırılıb- <font color=red><b>qəza olub</b></font>

19:42 - 6 Oktyabr 2020 tarixində dərc olunub.

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinə suyun verilməsi dayandırılıb.

Bu barədə Ucnoqta.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb. Qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür və yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.

Müəllif: