Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.
Bu barədə Ucnoqta.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı.