Ucnoqta.az
www.ucnoqta.az

Separatçı quldurların başçısı Araik Arutyunyan yaralandı

19:31 - 3 Oktyabr 2020 tarixində dərc olunub.

İşğal olunmuş Ağdərədə separatçıların inzibati binası Azərbaycan Ordusunun əks-hücumu nəticəsində məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı öz mənbələrinə istinadla yaydığı xəbərdə deyilir. Bildirilir ki, Araik Arutyunyan və xüsusi xidmət orqanının rəhbəri Kamo Ağacanyan bir müddət binanın altındakı bunkerdə qalmalı olub.

Məlumata görə, Arutyunyan yaralanıb, onun şəxsi mühafizəçilərinin bir hissəsi və Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin bəzi üzvləri məhv edilib.

Müəllif: