Ucnoqta.az
www.ucnoqta.az

"Hərbi əməliyyatlar de-yure Azərbaycan ərazilərində aparılır"- <font color=red><b>Latviya Baş nazirinin müavini</b></font>

15:40 - 3 Oktyabr 2020 tarixində dərc olunub.

Latviya Respublikası Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks 01.10.2020-ci il tarixində axşam saatlarında RigaTV24 telekanalına müsahibəsində hazırda Dağlıq Qarabağ regionunda gedən hərbi əməliyyatlara da toxunub. (https://xtv.lv/rigatv24/video/W3AGXKDj7J5-padomju_savienibas_atlieku_sasaldetais_konflikts_ir_izkusis_pabriks_par_situaciju_kalnu_karabaha)

Artis Pabriks bildirib ki, bu dondurulmuş münaqişə canlı müstəviyə keçmişdir. Ötən il Latviya Seyminin (Parlament) kürsüsündən çıxış edərkən son dövrlərdə beynəlxalq təşkilatların rolunun azaldığını, milli dövlətlərin öz üzərilərinə daha çox məsuliyyət götürdüklərini və bunun da öz növbəsində dialoqları əvəzlədiyini bildirmişdim.

Əgər konkret olaraq Cənubi Qafqazda olan münaqişə haqqında danışırıqsa, deyə bilərəm ki, bizim Xarici İşlər Nazirliyimiz hər iki tərəfin məsələni danışıqlar masası arxasında əyləşərək sülh yolu ilə həll etməsinə dair Latviyanın mövqeyini dəqiq formada ortaya qoymuşdur. Ancaq, gerçəklik budur ki, 26 ildir ki, işğal olunmuş 7 rayon, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həll istiqamətində bir tük qədər irəliləyiş olmayıb. Latviya tərəfi olaraq biz hər hansı münaqişənin sülh yolu ilə həllinə sadiq qalırıq, eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipinə tərəfdarıq. Və biz bilirik ki, Azərbaycan hökuməti öz ərazilərinin 13 faizi üzərində nəzarətə malik deyildir. Hal-hazırda baş verən hərbi əməliyyatlar qanuni olaraq de-yure Azərbaycan ərazilərində, de-fakto isə Azərbaycanın idarə etmədiyi ərazilərdə aparılır.

Biz dünya ictimaiyyəti tərəfindən bir tərəfdən müharibədə hər hansı döyüşən tərəfin dəstəklənməsi ilə bağlı çəkingən mövqe - çünki sülh hər zaman daha yaxşıdır -, digər tərəfdən isə beynəlxalq təşkilatların və aparılan dialoqların 26 ildir ki, uğurlu olmadığını qəbul etməli olduğumuzu görürük.

Aparıcının sualı: Məndə olan məlumat əsasən siz bu gün Azərbaycan səfirinin təşəbbüsü əsasında onunla görüşmüşünüz. Belə anlayıram ki, Azərbaycanın bütün səfirləri hazırki vəziyyət barədə məlumatlandırmaq məqsədilə olduqları ölkələrin hökumət nümayəndələrinə müraciətlər edirlər. Latviyanın imkanları nələrdir? Xatırlayıram, siz bir neçə ay əvvəl Latviyanın beynəlxalq sülh missiyalarında hərbi qüvvələr göndərməklə fəal iştirakı məsələsini, ən azından sülhün BMT çərçivəsində sülhün qorunmasının təkrar nəzərdən keçirilməli olduğunu söyləmişdiniz. Latviya üçün mavi dəbilqə altında BMT mandatı ilə oraya (Dağlıq Qarabağ regionu) getməyin mümkünlüyü nədir?

Artis Pabriks: Yaxın gələcəkdə belə bir imkan görmürəm, çünki sülhməramlıların göndərilməsi üçün əvvəlcə sülhü bərpa etmək lazımdır. Hazırda heç bir şey sülhə dəlalət etmir. Lakin, mən konkret olaraq Azərbaycan tərəfini – fürsətim olarsa Ermənistan tərəfinə də səslənəcəyəm – hər hansı hərbi əməliyyatlardan mülki əhalinin əziyyət çəkməməsi və humanitar sualların yaranmaması ilə bağlı çağırış etmişəm. Bu humanitar məsələlər, mülki əhali ilə bağlı məsələlər, qaçqınlarla bağlı məsələlər, beynəlxalq müşahidəçilər ilə bağlı məsələlər yüksək prioritet olmalıdır. Bu tamamilə aydındır. Buna görə biz döyüş əməliyyatlarının mümkün qədər qısa zamanda başa çatmasına, bu məsələnin hüquqi cəhətdən doğru həllinə, mümkün qədər az mülki əhalinin zərər görməsinə, həmçinin 90-cı illərin əvvəllərində bu əraziləri tərk etməyə məcbur olmuş qaçqınların və bu kateqoriyaya aid şəxslərin nəhayət ki, öz doğma evlərinə geri qayıda biləcəklərinə ümid edirik.”

Müəllif: