Ucnoqta.az
www.ucnoqta.az

Heydər Əliyev Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər

12:27 - 3 Oktyabr 2020 tarixində dərc olunub.

Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək, bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.

Bu barədə Ucnoqta.az-a Heydər Əliyev Fondundan bildirilib.

Xatırladaq ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.

Müəllif: