Ucnoqta.az
www.ucnoqta.az

Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının siyahısını açıqlayıb

00:30 - 3 Oktyabr 2020 tarixində dərc olunub.
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib. Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 230-dək tank və digər zirehli texnika;

- 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 38 ədəd hava hücumundan müdafiə vasitələri;

- 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 7 silah-sursat anbarı;

- 130-dan artıq avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.

Müəllif: