Ucnoqta.az
www.ucnoqta.az

"Trabzonspor" Azərbaycana dəstək oldu

09:23 - 28 Sentyabr 2020 tarixində dərc olunub.

Türkiyənin "Trabzonspor" futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub. 

Qara dəniz təmsilçisi bu barədə rəsmi "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda "Dağ sizsiniz, torpaq biz, qanad sizsinizsə, yarpaq bizik. Türkiyəyik, Trabzonuq, Azərbaycanıq!" - yazılıb.

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" və "Fənərbağça" da Azərbaycana dəstək olub. ///report

Müəllif: