Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>TƏBİB</b></font>: Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir

15:52 - 23 Sentyabr 2020 tarixində dərc olunub.

Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

R.Bayramlı qeyd edib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində tədbirlər öz nəticəsini göstərib. Vaksinlərin alınması üçün vəsait KMDF-dan ayrılacaq: "Bugünkü iclasda İctimai Nəzarət Şurasına məlumat veriləcək və Şuranın razılığı ilə vaksinin alınması üçün KMDF-dən vəsait ayrılacaq".

 

Müəllif: