Ucnoqta.az
www.ucnoqta.az

Bakıda <font color=red><b>DƏHŞƏTLİ QƏZA:</b></font> Sürücü zərbənin gücündən yol kənarına düşərək ölüb - <font color=red><b>Foto</b></font>

23:23 - 22 Sentyabr 2020 tarixində dərc olunub.

Bakının Sabunçu rayonu ərazisində  şəhər istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik maşınına dəydikdən sonra, hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə yol kənarında olan dəmir arakəsmələrə çırpılıb.

Nəticədə “Mercedes” markalı avtomobildə olan sürücü, avtomobildən çıxaraq bir neçə metr kənara düşüb və hadisə yerində dünyasını dəyişib. Sərnişinləri isə yüngül bədən xəsarətləri alıb.

“KamAZ”  markalı yük avtomobilinin və digər minik maşının sürücüləri xəsarət almayıb. Hadisə yerinə polis və Təcili Tibbi Yardım əməkdaşları gəlib.

Yolda qısa müddətlik tıxac yaranıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.///Apa

Müəllif: