Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – <font color=red><b>Foto</b></font>

23:11 - 22 Sentyabr 2020 tarixində dərc olunub.

Ermənistan rəhbərliyi Azərbaycanın işğal alıtndakı torplaqlarında infrastuktur layihələrini davam etdirirlər.

Bu dəfə Qarabağı Ermənistanla  birləşdirən Vardenis-Ağdərə yolunu işğal olunmuş Kəlbəcər rayonunu mərkəzi ilə birləşdirəcək yolun tikintisinə başlanılıb.

17 kilometr uzunluğunda yolun asfatlanması 2021-ci ilin əvvəllərinə qədər başa çatacaq. Tikinti işləri Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyanın iştirak etdiyi tədbirdən sonra başlayıb.

Bundan başqa, Kəlbəcər rayonunun Qızılqaya kəndindən Vardenis-Ağdərə yoluna 3,2 kilometrlik yol da asfaltlanaraq nəqliyyatın hərəkətinə açıq elan olunub.///modern.az

Müəllif: