Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın axtarışa verdiyi qadın Türkiyədə saxlanıldı

13:26 - 19 Sentyabr 2020 tarixində dərc olunub.

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Rüstəmova Zülfiyyə Məhəddin qızı Türkiyədə saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.
Z.Rüstəmova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.///report

Müəllif: