Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki nəfər sirkə turşusundan zəhərlənib, vəziyyətləri ağırdır - <font color=red><b>RƏSMİ</b></font>

14:39 - 18 Sentyabr 2020 tarixində dərc olunub.

“Sentyabr ayında sirkə turşusundan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 2 müraciət daxil olub”.

Bu sözləri Lent.az -a açıqlamasında mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənənlərin vəziyyətləri ağırdır:

“Onlar hələ də şöbədədirlər. Bundan başqa bu ay 14 nəfər dərmandan zəhərlənib. Onlardan üçü azyaşlı olub və ölüm hadisəsi olmayıb.
Allergik reaksiya ilə isə sentyabr ayında 9 müraciət daxil olub və aralarında ölüm hadisəsi qeydə alınmayıb”.

Müəllif: