Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə ev yanıb

09:18 - 18 Sentyabr 2020 tarixində dərc olunub.

Bərdə rayonunun Körpüsındıran kəndində ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli evin dam örtüyü, 18 m² sahədə tavanı və əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: