Mehriban Əliyevadan bilik günü təbriki -<font color=red><b>FOTO</b></font>
12:46 - 15 Sentyabr 2020 tarixində dərc olunub.
Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində paylaşılan təbrikdə deyilir:
"Əziz məktəblilər və tələbələr! Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.
Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!"