Ucnoqta.az
www.ucnoqta.az

Bu gün müəllim olmaq istəyən namizədlər üçün son imtahan günüdür

09:54 - 8 Sentyabr 2020 tarixində dərc olunub.

Sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, imtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub.

Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllif: