Ucnoqta.az
www.ucnoqta.az

Bu gün koronavirusdan daha 3 nəfər vəfat edib- <font color=red><b>140 nəfər sağalıb</b></font>

17:18 - 6 Sentyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı 2 076 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, ötən müddət ərzində isə ümumilikdə 963 104 test aparılıb.

Müəllif: