Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edib

18:21 - 1 Sentyabr 2020 tarixində dərc olunub.

Gürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meri Zaur Darğallı vəzifəsini tərk edib.

Buna səbəb bu gündən seçkiöncəsi 60 günlük təbliğat-təşviqat kampaniyasının başlamasıdır.
Merin səlahiyyətlərini onun müavinlərindən biri icra edəcək.
Z.Darğallı bu gündən seçicilərlə görüşlərə start verib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. Z.Darğallı majoritar deputatlıq mandatı uğrunda Marneuli-Qardabani dairəsi üzrə mübarizə aparacaq.///report

Müəllif: