Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda son sutkada 135 nəfər koronavirusa yoluxub

17:25 - 30 Avqust 2020 tarixində dərc olunub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, 2 075 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 137, bu günə qədər isə ümumilikdə 917 027 test icra olunub.

 

Müəllif: