Ucnoqta.az
www.ucnoqta.az

Yerə asteroid yaxınlaşır

08:43 - 30 Avqust 2020 tarixində dərc olunub.

Təxminən çoxmərtəbəli bir binanın ölçüsündə potensial təhlükəli 2011 ES4 asteroidi Yerə yaxınlaşacaq.

Bu barədə NASA-nın saytında bildirilib. Məlumata əsasən, asteroidin Yerə yaxınlaşması sentyabrın 1-də saat 20:12-də gözlənilir. Bildirilib, səma cisminin ölçüləri 22 ilə 49 metr arasındadır.

Planetə təxminən 120 min kilometr məsafədə yaxınlaşacaq - bu, Yerdən Aya olan məsafədən təxminən 3,2 dəfə azdır.

Asteroidin uçuş sürəti saniyədə təxminən yeddi-səkkiz metr olacaq.///trend

Müəllif: