Ucnoqta.az
www.ucnoqta.az

"Sanitar-epidemioloji vəziyyət nəzarət altındadır"- <font color=red><b>Hikmət Hacıyev</b></font>

11:15 - 29 Avqust 2020 tarixində dərc olunub.

Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Virusla bağlı vəziyyət sabitləşib və yoluxmalar azalıb.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşib, yoluxma hallarının kəskin azalmasına nail olunub.///trend

Müəllif: