Ucnoqta.az
www.ucnoqta.az

Həftəsonları bu şəhər və rayonlarda ictimai nəqliyyat işləməyəcək

10:36 - 29 Avqust 2020 tarixində dərc olunub.

Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;
12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.

Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq.

Müəllif: