Ucnoqta.az
www.ucnoqta.az

Günay Əfəndiyeva Braziliya səfiri ilə görüşdü

17:49 - 28 Avqust 2020 tarixində dərc olunub.
Avqustun 27-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva ilə Braziliya səfiri Manuel Adalberto arasında görüş keçirilib. Bu barədə fonddan məlumat verilib. Qeyd olunub ki, görüşdə fond ilə Braziliya Səfirliyi arasında təşkilata üzv və müşahidəçi olan ölkələrin, eləcə də Braziliyanın mədəni dəyərlərinin təbliği məqsədilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Müəllif: