Ucnoqta.az
www.ucnoqta.az

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb<font color=red><b> -FOTO</b></font>

14:37 - 28 Avqust 2020 tarixində dərc olunub.

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, Gürcüstan istiqamətindən gələn, 2 ədəd "Mercedes-Benz Actros" və 3 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5400 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır./trend

Müəllif: