Ucnoqta.az
www.ucnoqta.az

Baş Prokurorluq növbəti sual-cavab sessiyası keçirəcək

10:53 - 26 Avqust 2020 tarixində dərc olunub.

Baş Prokurorluğun sosial şəbəkədə növbəti sual-cavab sessiyasının vaxtı məlum olub.

Qurumun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, avqustun 21-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib: "İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək.

Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr".///trend

Müəllif: