Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev və Mehriban Əliyeva yataqxana binasının açılışında iştirak ediblər- <font color=red><b>Foto</b></font>

10:49 - 26 Avqust 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yataqxana binası barədə məlumat verildi.

Bildirildi ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası “Azəriqaz” QSC-nin “Bakqazmaş” zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilən binada mənzillər tam təmirlidir və zəruri avadanlıqla təchiz olunub.

 

Müəllif: