Ucnoqta.az
www.ucnoqta.az

Bu gün əksər ərazilərdə su olmayacaq

10:36 - 25 Avqust 2020 tarixində dərc olunub.

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan,  Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-dən m'lumat verilib. Məlumata görə, istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 

Müəllif: