Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tanınmış jurnalistə vəzifə verib.
Ucnoqta.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, V.Eyvazovun əmri ilə, tanınmış aparıcı Nurlan Əliyevə polis leytenantı rütbəsi verilib.O, Daxili İşlər Nazirliyində müvafiq vəzifəyə təyin olunub.
Qeyd edək ki, Nurlan Əliyev uzun müddət Azad Azərbaycan Televiziyasında(ATV) müxbir, APA, Lider, Space Televiziyalarında aparıcı vəzifəsində çalışıb.