Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 152 nəfər koronavirusa yoluxdu-<font color=red><b> 111 nəfər sağaldı</b></font>

16:58 - 24 Avqust 2020 tarixində dərc olunub.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1 803 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 890 ötən müddət ərzində isə ümumilikdə 878 667 test aparılıb.
Müəllif: