Hazırda Qara Qarayev prospekti "Dakar" dairəsi istiqamətində və dairə ətrafında nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən 20-dən artıq müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.