Ucnoqta.az
www.ucnoqta.az

Zinçenkonun sevgilisi məğlubiyyətə görə Qvardiolanı günahlandırdı - <font color=red><b>FOTO</b></font>

13:59 - 24 Avqust 2020 tarixində dərc olunub.

"Mançester Siti"nin oyunçusu Aleksandr Zinçenkonun sevgilisi məğlubiyyətlərinin səbəbi ilə bağlı açıqlama verib.

Aleksandr Zinçenkonun müxbir sevgilisi Vlada Sedan "Mançester Siti"nin Çempionlar Liqası ¼ final matçında məğlubiyyətinə görə Pep Qvardiolanı günahlandırıb.

"Youtube" kanalında açıqlamalar verən Sedan "Bəlkə də bunu deməyə haqqım yoxdur, bəlkə də Zinçenko mənə qadağa qoyacaq. Amma nəzakətlə desək, bu tamamilə Qvardiolanın səhvidir. Belə kritik vəziyyətdə, "Mançester Siti" üçün eksperimental bir taktikadan istifadə etməq xəyal qırıqlığı idi. Tənqid etməyə haqqım yoxdur, amma niyə üç müdafiə oyunçusuna üstünlük verildi?", - deyə bildirib.

Sedan "Mançester Siti"nin ehtiyat oyunçuları da daxil olmaqla ən yaxşı heyətlərdən birinə sahib olduğunu da qeyd edib.
Ukraynalı oyunçu Zinçenko matçdan sonra verdiyi açıqlamada Qvardiolanın "Lion"a qarşı məğlubiyyətdən sonra soyunma otağına gəlmədiyini demişdi.

"Qvardiola soyunma otağına gəlmədi, matçdan sonra tək bir kəlimə belə kəsmədi. Hər şey ortada olarkən deyəcək bir şey qalmır".///Offsideplus.az
 

 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 

My life ❤️⚽️
 

 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Vlada (@v.lada_sedan)

Müəllif: