Ucnoqta.az
www.ucnoqta.az

Həmyerlisini dəmir parçası ilə vuran şəxs saxlanılıb

09:02 - 24 Avqust 2020 tarixində dərc olunub.

Göygöldə həmyerlisini vuran şəxs saxlanılıb.

Məlumata görə, 2000-ci il təvəllüdlü Abbaslı Nazim Araz oğlu ilə 1981-ci il təvəllüdlü Niftəliyev Natiq Nizami oğlu arasında mübahisə yaranıb.
Bu zaman N.Abbaslı dəmir parçası ilə Niftəliyev Natiqin qarnına xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///Apa

 

Müəllif: