Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb- 3 nəfər vəfat edib

17:27 - 23 Avqust 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, aktiv xəstə sayı 1 763 nəfərdir.

Müəllif: