Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda hasar aşdı- 500 abonent qazsız qalıb

15:53 - 23 Avqust 2020 tarixində dərc olunub.

Oğuz rayonunda güclü yağış sularının təsirindən daş hasar orta və aşağı təzyiqli qaz xətlərinin üzərinə aşıb.

"Azəriqaz"dan Ucnoqta.az-a verilən məlumata görə, hadisə rayon mərkəzinin S.Vurğun küçəsində baş verib.

Bildirilir ki, qaz xəttləri yararsız hala düşüblər. Nəticədə 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 

Müəllif: