Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Müdafiə naziri Azərbaycana gəlir

14:23 - 23 Avqust 2020 tarixində dərc olunub.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfər edəcək.

Rusiyadakı hərbi mənbələrdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya Müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək.

Rusiya Müdafiə nazirinin Azərbaycana səfərinin avqustun 24-də baş tutacağı gözlənilir.

Müəllif: