Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məşhur marketlər cərimələndi- <font color=red><b>FOTO</b></font>

09:38 - 18 Avqust 2020 tarixində dərc olunub.

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb.

Binəqədi Rayon İcra hakimiyyəti, Binəqədi RPİ və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində “Araz”, Mircəlal küçəsində “Bolmart” və “Bazar store” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.

Müəllif: