Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda “Mercedes” "İkarus"la toqquşub- <font color=red><b>1 nəfər ölüb</b></font>

18:05 - 15 Avqust 2020 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili və "İkarus" markalı avtobus toqquşub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: