Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə bıçaqla özünə xəsarət yetirən 8 yaşlı uşaq ölüb

17:19 - 13 Avqust 2020 tarixində dərc olunub.

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.
Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

Müəllif: