Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda koronavirusa yoluxma daha da azaldı

17:04 - 10 Avqust 2020 tarixində dərc olunub.

Azərbaycanda yeni koronavirus infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 2 vəfat edib.

Bu günə qədər ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 513-dür.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddət ərzində isə ümumilikdə 790 141 test aparılıb.

Müəllif: