Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda avtomobil piyadanı vurub öldürdü

13:30 - 10 Avqust 2020 tarixində dərc olunub.

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb.

Rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanan kənd sakini Moskva Məhərrəmovanı vurub.
Piyada hadisə yerində ölüb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.///report

Müəllif: