Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qardaş qardaşı bıçaqlayıb

12:25 - 8 Avqust 2020 tarixində dərc olunub.

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Yaşadıqları evin həyətində şəxsi münaqişə zəminində qardaşlar arasında mübahisə olub.

Nəticədə 1988-ci il təvəllüdlü Eynullayev Səfalə qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: