Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qəza: Avtobuslar gecikdi - <font color=red><b> Foto</b></font>

15:31 - 7 Avqust 2020 tarixində dərc olunub.

Bakıda, Z.Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətində (Atatürk prospekti ilə kəsişmədə körpüyə qalxan hissədə) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur.


Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, sıxlıq səbəbindən hərəkət sxemi həmin ərazidən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb: "Bu kimi hallar öz növbəsində qarşıdakı dayanacaq məntəqələrində, o cümlədən avtobuslarda sıxlıqların yaranmasına səbəb olur"./trend

Müəllif: