Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıt Etilen-Polietilen zavodunda yanğın söndürülüb, 7 nəfər xəsarət alıb - <font color=red><b>Foto</b></font>

14:25 - 7 Avqust 2020 tarixində dərc olunub.

Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğın söndürülüb. 

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğın zamanı orada işləyənlər – 1987-ci il təvəllüdlü Əliyev Qadir Adil oğlu, 1986-cı il təvəllüdlü Qurbanov İlqar Ələmdar oğlu, 1965-ci il təvəllüdlü Hüseynov Nizami İlyas oğlu, 1981-ci il təvəllüdlü Cəlilov Murad Xasməmməd oğlu, 1973-cü il təvəllüdlü Tağıyev Mehman Tapdıq oğlu, 1983-cü il təvəllüdlü İbrahimov Yalçın bayram oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Xəyal Akif oğlu xəsarət alıblar.///Apa

 

Müəllif: