Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda rayonlar üzrə koronavirusa yoluxma statistikası <font color=red><b>Açıqlanıb</b></font>

10:26 - 7 Avqust 2020 tarixində dərc olunub.

Azərbaycanda koronavirusa yoluxma sayının bölgələr üzrə statistikası açıqlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hələ də liderlik Bakıdadır. Lakin son günlər paytaxta düşən pay artaraq 56,3 faiz olub. Ötən aylarda bu rəqəm 49-51 faiz arası dəyişirdi.

İkinci ən çox yoluxma 16 faizlə Abşeron bölgəsindədir. Daha sonra Aran 9.4, Gəncə-Qazax 6.7, Lənkəran 4.5, Quba-Xaçmaz 1.9, Dağlıq Şirvan 1.7, Şəki-Zaqatala 1.5, Yuxarı Qarabağ 1 faizdir.

Ölkə xaricindən gələnlərdə virusa yoluxma 0,8 faizdir. Ölkənin Naxçıvan Muxtar Respublikasında isə aktiv koronavirus xəstəsi yoxdur. Burda göstərici 0 faizdir.

 

Müəllif: