Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “Mercedes” və “Nissan” toqquşub- <font color=red><b>xəsarət alan var</b></font>

08:46 - 7 Avqust 2020 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Pirallahı rayonunda “Mercedes” və “Nissan” markalı iki minik avtomobili toqquşub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: