Ucnoqta.az
www.ucnoqta.az

Sabah Bakıda dezinfeksiya işləri aparılacaq

12:39 - 31 İyul 2020 tarixində dərc olunub.

Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Ucnoqta.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib. Avqust ayının 1-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Müəllif: