Ucnoqta.az
www.ucnoqta.az

Millət vəkili: <font color=red><b>"Biləsuvara kömək lazımdır"</b></font>

18:02 - 29 İyul 2020 tarixində dərc olunub.

Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən Parlamentin iclaslarında dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə millət vəkili Bəhruz Məhərrəmov bildirib. Millət vəkili aidiyyatı strukturları məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edib:
"Bu problem yerli orqanların həll edəcəyi məsələ deyil. Biləsuvara kömək lazımdır!
Bəli, digər rayonlarda su problemi var, lakin, Biləsuvarın vəziyyəti tam fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan, suyu azalsa da çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur."

Bəhruz Məhərrəmovun sözlərinə görə, əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, olunacaq, məsələyə Biləsuvardan başlamaq lazımdır.
 "Əziz media orqanları, dəyərli dostlar, bu məsələdə hamınızdan səsimizə səs verməyə, problemin həllində dəstəyinizi əsirgəməməyə çağırıram"- millət vəkili mediaya çağırış edib.

Müəllif: